İran XİN: Zelenskinin davranışı anarxistlərə bənzəyir
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai Ukrayna Prezidenti Vladimir Zelenskinin davranışını Birinci Dünya müharibəsi ərəfəsindəki anarxistlərin addımları ilə müqayisə edib.
Crossmedia.az xəbər verir ki, Bəqai son açıqlamasında Ukrayna hakimiyyətini tənqid edib.
İran rəsmisinin sözlərinə görə, son dörd il ərzində Ukrayna hakimiyyəti ölkəni "dünya gücləri arasında geosiyasi qarşıdurma alətinə" çevirib.
Bəqai bildirib ki, Kiyev münaqişənin həllinə və Ukraynanı, eləcə də regionu müharibədən xilas etməyə yönəlmək əvəzinə, baş verənlərə görə digər dövlətləri ittiham etməyə davam edir.
13:48 27.07.2026
Oxunuş sayı: 48