Dünya futbolunun əfsanəsi Rusiya ilə əlaqələrinə görə milli komandadan uzaqlaşdırıldı
2006-cı il dünya çempionu, italiyalı futbolçu Andrea Pirlo İtaliya millisinin baş məşqçisi olmayacaq.
Crossmedia.az xəbər verir ki, "La Gazzetta dello Sport" bu barədə məlumat yayıb.
Məlumata görə, Pirlo ilə bağlı namizədlik İtaliya Futbol Federasiyasının prezidenti tərəfindən rədd edilib.
Buna səbəb kimi mütəxəssisin Rusiyanın bukmeker şirkətlərindən biri ilə əməkdaşlığı göstərilib.
Qeyd edək ki, Andrea Pirlo futbolçu karyerası ərzində İtaliya millisinin və dünya futbolunun ən tanınmış simalarından biri olub. 2006-cı ildə İtaliya ilə dünya çempionu adını qazanıb.
14:23 27.07.2026
Oxunuş sayı: 62