Fransada meşə yanğınları zamanı 90-a yaxın xilasedici xəsarət alıb
Fransada genişmiqyaslı meşə yanğınlarının söndürülməsi zamanı 90-a yaxın xilasedici xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "BFMTV" məlumat yayıb.
Telekanalın məlumatına görə, ölkənin cənub-qərbində vəziyyət hələ də ağır olaraq qalır. Yanğın artıq 40 min hektardan çox ərazini əhatə edib.
Yanğının söndürülməsi üçün çoxsaylı yanğınsöndürən və xilasedici qüvvələr cəlb olunub. Hadisə nəticəsində xəsarət alanların vəziyyəti barədə əlavə məlumat verilməyib.
13:31 27.07.2026
Oxunuş sayı: 49