İran XİN: Kiyevin tərəfdarları Ukraynanın təcavüzünə görə məsuliyyət daşımalıdır
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai Ukraynanın tərəfdarlarının Kiyevin addımlarına görə məsuliyyət daşımalı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Bəqai bu barədə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenskinin davranışı Birinci Dünya müharibəsi ərəfəsində nümayişkaranə və təhlükəli addımlar atan anarxistlərin hərəkətlərini xatırladır.
"Ukrayna prezidentinin davranışı Birinci Dünya müharibəsindən əvvəl Avropanın hamısına təsir edən nəticələrə səbəb olmuş nümayişkaranə və son dərəcə təhlükəli hərəkətlər edən anarxistlərin fəaliyyətinə bənzəyir", – deyə İran XİN nümayəndəsi bildirib.
Bəqai əlavə edib ki, Kiyevə dəstək verən ölkələr Ukraynanın siyasətinə görə məsuliyyət daşımalıdır.
13:26 27.07.2026
Oxunuş sayı: 54