Zelenski: Ukraynada "Patriot" raketlərinin istehsalı tezliklə başlamayacaq
Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə "Patriot" hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalına başlanmasının vaxt tələb edəcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bunu "Sky News" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Ukrayna və Avropa öz hava və raket əleyhinə müdafiə sistemlərinin yaradılması istiqamətində çalışır, lakin bu proses sürətli olmayacaq.
"Əlbəttə, biz öz – Ukrayna, Avropa, necə adlandırmaq istəyirsinizsə – hava və raket hücumundan müdafiə sistemimizin yaradılmasına doğru irəliləyirik. Amma bunun üçün vaxt lazımdır", – deyə Zelenski bildirib.
Ukrayna lideri qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Ukraynada "Patriot" kompleksləri üçün raket istehsalına dair lisenziyaların verilməsinə razılıq verib. Lakin onun sözlərinə görə, müxtəlif bürokratik prosedurlar səbəbindən istehsala dərhal başlamaq mümkün deyil.
"Bu, belə deyil ki, bu gün qərar qəbul edirik, sabah texniki qrup gəlir, bir həftəyə istehsala başlayırıq, bir neçə ay sonra isə anbarlarımızda yüzlərlə raket olur. Həyat belə deyil. Proses bu cür işləmir", – deyə Zelenski vurğulayıb.
13:21 27.07.2026
Oxunuş sayı: 52