Puçkov: Rusiya Avropa ilə “ikinci soyuq müharibə” mərhələsinə daxil olub
Rusiya ilə Avropa arasında hazırkı qarşıdurma əvvəlki Soyuq müharibədən daha intensiv xarakter daşıdığı üçün onu “buzlu müharibə” adlandırmaq olar.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının üzvü Aleksey Puçkov "TASS" agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Rusiya Avropa ilə “ikinci soyuq müharibə” mərhələsinə daxil olub. Senator qeyd edib ki, əvvəlki Soyuq müharibə dövründə də Karib böhranı, Vyetnam müharibəsi və Yaxın Şərqdəki qarşıdurmalar kimi ciddi böhranlar yaşanıb.
Lakin Puçkovun fikrincə, həmin dövrdə tərəflər arasında müəyyən dialoq və təhlükəsizlik naminə əməkdaşlıq zərurətinin dərk edilməsi mövcud idi.
O bildirib ki, hazırkı vəziyyət daha sərt xarakter daşıyır və Rusiya ilə Qərb arasında münasibətlərdə qarşıdurma elementləri daha güclüdür.
12:49 27.07.2026
Oxunuş sayı: 44