Polşa müdafiə naziri: Ukraynanın Aİ-yə yolu yoxdur
Ukraynanın Avropa İttifaqına üzvlük prosesində tarixi məsələlərin və korrupsiya ilə mübarizənin əsas çətinliklərdən biri olacağını bildirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Vladislav Kosinyak-Kamış "Wirtualna Polska" portalına müsahibəsində açıqlama verib.
Polşa rəsmisi qeyd edib ki, Avropa birliyini cəmiyyət üçün yad olan tarix üzərində qurmaq olmaz.
"Avropa birliyini icma üçün yad olan tarix üzərində qurmaq olmaz. Bandera bayrağı altında Ukraynanı Avropa İttifaqına buraxmayacaqlar", – deyə nazir bildirib.
Kosinyak-Kamış əlavə edib ki, Ukraynanın Aİ ilə danışıqlarında ən mürəkkəb məsələlərdən biri korrupsiyaya qarşı mübarizə ilə bağlı tələblər olacaq.
Qeyd edək ki, Ukraynanın Avropa İttifaqına üzvlük prosesi çərçivəsində hüquqi islahatlar, qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə əsas şərtlər sırasında göstərilir.
12:42 27.07.2026
Oxunuş sayı: 63