İran Böyük Britaniyaya xəbərdarlıq etdi
İran ABŞ-yə hərbi dəstək göstəriləcəyi təqdirdə Böyük Britaniyanı hədəfə ala biləcəyi barədə xəbərdarlıq edib.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi açıqlama verib.
O bildirib ki, Böyük Britaniya ABŞ-yə hərbi dəstək göstərərsə, Tehran buna cavab verməyə hazırdır.
SEPAH rəsmisinin sözlərinə görə, İran mümkün bütün ssenarilərə hazırdır və ölkənin təhlükəsizliyinə qarşı istənilən addıma adekvat cavab veriləcək.
11:51 27.07.2026
Oxunuş sayı: 65