Zelenski: Rusiyalıların əksəriyyəti səfərbərliyə və müharibəyə qarşıdır
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyada əhalinin böyük hissəsinin səfərbərliyə və müharibəyə qarşı olduğunu, buna baxmayaraq Prezident Vladimir Putini dəstəkləməyə davam etdiyini bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə "Sky News" telekanalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, Rusiyada mümkün yeni səfərbərlik zamanı hərbi hazırlığı olmayan şəxslər cəbhəyə göndəriləcək və bu da Rusiya ordusunda itkilərin artmasına səbəb olacaq.
"Rusiyalıların əksəriyyəti səfərbərliyə və müharibəyə qarşıdır, lakin buna baxmayaraq Putini dəstəkləməyə davam edirlər", – deyə Zelenski bildirib.
Ukrayna lideri hesab edir ki, hazırlıqsız şəxslərin döyüş bölgəsinə göndərilməsi Rusiya üçün ciddi insan itkiləri ilə nəticələnə bilər.
11:44 27.07.2026
Oxunuş sayı: 52