Pentaqon İranla münaqişədə həlak olan hərbçilərlə bağlı məlumat bazasını yeniləyib
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranla münaqişə zamanı həlak olan hərbçilərlə bağlı məlumat bazasında dəyişiklik edildiyini təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, nazirliyin açıqlamasına görə, dörd hərbçinin adı "Operation Epic Fury" bölməsindən çıxarılaraq "Xarici Əməliyyatlarda İtkilər" bölməsinə əlavə edilib.
Pentaqon dəyişikliklə bağlı əlavə təfərrüat açıqlamayıb. Məlumatda qeyd olunur ki, söhbət yalnız məlumat bazasında aparılan təsnifat yenilənməsindən gedir.
11:26 27.07.2026
Oxunuş sayı: 67