Trampdan İrana qarşı təxribatçı paylaşım
ABŞ Prezidenti Donald Tramp İranla hərbi qarşıdurmanın səngiməsinə baxmayaraq, Tehrana qarşı sərt ritorikasını davam etdirir.
Crossmedia.az xəbər verir ki, Tramp sosial şəbəkə hesabında süni intellekt vasitəsilə hazırlanmış görüntülər paylaşıb.
Həmin görüntülərdə İrana məxsus gəmilərin və enerji infrastrukturunun partladıldığı, eləcə də ABŞ ordusu tərəfindən ələ keçirildiyi əks olunub.
Paylaşımın süni intellekt texnologiyası ilə hazırlandığı bildirilsə də, Tramp görüntülərlə bağlı əlavə açıqlama verməyib. Hazırda İran rəsmiləri məsələ ilə bağlı rəsmi münasibət açıqlamayıblar.
11:16 27.07.2026
Oxunuş sayı: 72