Ankara: İstanbul Ukrayna danışıqları üçün münasib platformadır
İstanbul Ukrayna ilə bağlı mümkün danışıqların bərpası üçün bütün tərəfləri qane edən platforma olaraq qalır.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, İstanbul danışıqların yenidən başlanması üçün əlverişli məkan hesab olunur.
"İstanbul bütün tərəfləri qane edir və danışıqların bərpası üçün münasib platformadır", – deyə diplomatik mənbə bildirib.
10:58 27.07.2026
Oxunuş sayı: 51