Bayden xeyli zəifləyib
ABŞ-nin sabiq Prezidenti Co Baydenin metastatik xərçənglə mübarizə apardığı və müalicədən sonra səhhətinin nəzərəçarpacaq dərəcədə zəiflədiyi bildirilir.
Crossmedia.az xəbər verir ki, "The Washington Post" bu barədə məlumat yayıb.
Nəşrin yazdığına görə, 83 yaşlı Bayden Ağ Evdən ayrıldıqdan sonra əsasən ailə üzvləri, uzun illərdir dostluq etdiyi şəxslər və yaxın köməkçiləri ilə birlikdə vaxt keçirir.
Mənbələrin bildirdiyinə əsasən, keçmiş prezidentin ağır xəstəliklə bağlı müalicəsi davam edir və müsbət nəticə verir. Bununla belə, tətbiq olunan müalicənin təsirləri onun fiziki gücünü əhəmiyyətli dərəcədə azaldıb.
Qeyd olunur ki, Baydenin yaxın ətrafı onun sağlamlıq vəziyyətini diqqətlə izləyir və müalicə prosesi davam etdirilir.
10:38 27.07.2026
Oxunuş sayı: 55