Zelenski: Putin öz xalqından qorxur
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin ölkə daxilində artan sosial və iqtisadi problemlərdən narahat olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə açıqlamasında danışıb.
Onun sözlərinə görə, Rusiya cəmiyyətində hakimiyyətə ünvanlanan suallar getdikcə artır.
"Putin öz cəmiyyətindən, daxili çağırışlardan və ona ünvanlanan suallardan qorxur. İnsanlar soruşurlar: "Benzin haradadır?", "Nə etməli?", "Logistika və dizel olmadan necə yaşamalıyıq?" Buna görə də vəziyyət həqiqətən çox mürəkkəbdir", – deyə Zelenski bildirib.
09:37 27.07.2026
Oxunuş sayı: 78