Rumıniya Rusiya səfirini XİN-ə çağırıb
Rumıniya Xarici İşlər Nazirliyi ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatının vurulmasından sonra Rusiyanın Buxarestdəki səfirini nazirliyə çağırıb.
Crossmedia.az xəbər verir ki, Rumıniya KİV-i bu barədə məlumat yayıb.
Məlumata görə, bu, son üç gün ərzində Rumıniyanın hava məkanını pozduğu bildirilən üçüncü pilotsuz uçuş aparatıdır.
Hadisədən sonra Rumıniya Xarici İşlər Nazirliyi etirazını bildirmək üçün Rusiya səfirini nazirliyə dəvət edib. Rusiya tərəfi isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
09:25 27.07.2026
Oxunuş sayı: 61