Türkiyə F-16-ları Baltik səmasının mühafizəsinə başlayacaq
Türkiyəyə məxsus F-16 qırıcıları NATO-nun Baltic Air Policing missiyası çərçivəsində Baltik ölkələrinin hava məkanında patrul xidmətinə başlayacaq.
Crossmedia.az xəbər verir ki, "Anadolu" agentliyi bu barədə məlumat yayıb.
Məlumata görə, beş F-16 qırıcısı və 76 nəfərlik Türkiyə hərbi kontingenti Estoniyanın Amari aviabazasında yerləşdiriləcək.
Türkiyə hərbçiləri avqust ayından noyabr ayınadək NATO-nun Baltic Air Policing missiyası çərçivəsində gecə-gündüz döyüş növbətçiliyi həyata keçirərək Estoniya, Latviya və Litvanın hava məkanının mühafizəsini təmin edəcəklər.
09:58 27.07.2026
Oxunuş sayı: 66