Qazaxıstandakı qaya məscidləri UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib
Qazaxıstanın qərbində, Manqistau vilayətində yerləşən qaya məscidləri UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə beynəlxalq təşkilatın qərarında bildirilib.
Məlumata görə, UNESCO Manqistau bölgəsindəki tarixi qaya məscidlərini dünya əhəmiyyətli mədəni irs nümunəsi kimi tanıyıb və onları Dünya İrs Siyahısına salıb.
Qeyd edək ki, bu abidələr Qazaxıstanın ən qədim dini-mədəni irs nümunələrindən hesab olunur və hər il çoxsaylı ziyarətçi cəlb edir.
10:18 27.07.2026
Oxunuş sayı: 54