Pentaqon İranla müharibədə itkilərin hesablanmasını dəyişib
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranla müharibədə həlak olan hərbçilərin statistikasının hesablanma prinsipini dəyişib.
Crossmedia.az xəbər verir ki, "The Associated Press" bu barədə məlumat yayıb.
Məlumata görə, Pentaqon iyulun 7-dən sonrakı məlumatları onlayn sistemdə ayrıca "xarici əməliyyatlar" kateqoriyası altında təqdim etməyə başlayıb. Bildirilir ki, bu addım ümumi itki göstəricilərinin aşağı görünməsinə səbəb olur.
Hazırda həmin siyahıda dörd həlak olmuş hərbçi və 207 yaralı qeyd olunub.
Agentliyin məlumatına görə, döyüş əməliyyatlarının yenidən başlamasından sonra Pentaqon hərbi strategiya və itkilərlə bağlı əvvəlki dövrlə müqayisədə daha məhdud məlumat açıqlayır.
09:22 27.07.2026
Oxunuş sayı: 60