Astronomlar qəhvəyi cırtdanın ətrafında qeyri-adi peyk aşkar ediblər
Astronomlar Günəş sistemindən kənarda qəhvəyi cırtdanın ətrafında fırlanan və təbii peyk hesab oluna biləcək qeyri-adi obyekt aşkar ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Nature jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yayılıb. Bildirilib ki, obyekt Çilidə yerləşən Çox Böyük Teleskop vasitəsilə CD-35 2722 sistemində müşahidə olunub. Obyekt planet ətrafında deyil, qəhvəyi cırtdanın ətrafında dövr etdiyi üçün onun təsnifatı ilə bağlı müzakirələr davam edir.
Tədqiqatçılar qeyd ediblər ki, kəşf təsdiqlənərsə, bu, Günəş sistemindən kənarda aşkar edilən ilk təbii peyk ola bilər. Yeni obyektin kütləsinin ən azı Yupiter qədər, qəhvəyi cırtdanın isə Yupiterdən 30 dəfədən çox böyük olduğu bildirilir. Astronomların fikrincə, bu kəşf ekzopeyklərin öyrənilməsi istiqamətində mühüm addım hesab olunur.
04:03 27.07.2026
Oxunuş sayı: 47