Tramp: İran görüşmək üçün can atır, lakin bu bizə maraqlı deyil
ABŞ Prezidenti Donald Tramp İranla bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, İran nümayəndələri ABŞ ilə görüş keçirmək istəyir, lakin Vaşinqton Tehran məzmunlu danışıqlara hazır olmayana qədər hər hansı görüşdə maraqlı deyil.
Tramp Livan Prezidenti Cozef Aunla görüş zamanı qeyd edib ki, ABŞ yaxın zamanda İranla münaqişəni dayandırmağı planlaşdırmır.
ABŞ lideri iddia edib ki, əgər Vaşinqton hazırda münaqişəni başa çatdırsaydı, İranın ölkəni bərpa etməsi üçün 20-25 il vaxt lazım olardı. Onun sözlərinə görə, İran hazırda ciddi şəkildə zəifləyib.
Tramp həmçinin bildirib ki, ABŞ İranın ehtimal olunan yeni nüvə obyektinə zərbə endirəcək.
ABŞ prezidentinin açıqlamaları İranla bağlı gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib.
20:20 21.07.2026
Oxunuş sayı: 59