Ermənistan idmançıları Bakıya gəlirlər
Ermənistan güləşçiləri iyulun 27-dən avqustun 2-dək Bakıda keçiriləcək 17 yaşadək yeniyetmələr arasında dünya çempionatında iştirak edəcəklər.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb. Ermənistan yığması sərbəst güləş üzrə 6, yunan-Roma güləşi üzrə isə 10 idmançı ilə təmsil olunacaq.
19:47 21.07.2026
Oxunuş sayı: 65