Rusiya MN : Çernomorskda kritik obyekt hədəfə alınıb
Rusiya Müdafiə Nazirliyi Ukraynanın Çernomorsk limanında yerləşən gəmi təmiri zavodunun sexinin məhv edildiyini açıqlayıb.
Crossmedia.az bu barədə ˝TASS˝ agentliyinə istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, zərbə nəticəsində zavodun istehsal sahələrindən biri hədəfə alınıb. Hadisənin təfərrüatları, o cümlədən zərbənin vaxtı və istifadə olunan silah növü barədə əlavə məlumat verilməyib.
19:38 21.07.2026
Oxunuş sayı: 56