“Yüksəliş” müsabiqəsi gələcəyə yatırılan sərmayədir - Teymur Musayev
““Yüksəliş” müsabiqəsinin ölkədə insan kapitalının inkişafına, bilikli və peşəkar rəhbər kadrların yetişdirilməsinə mühüm töhfə verdiyi vurğulanıb”.
Crossmedia.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsində çıxışı zamanı deyib:
“‘Yüksəliş’ müsabiqəsinin təsis edilməsinə dair cənab Prezident tərəfindən imzalanmış sərəncam dövlətimizin insan kapitalının inkişafına, elmə və biliyə verdiyi strateji əhəmiyyətin parlaq təzahürüdür. Ötən illər ərzində müsabiqəyə göstərilən marağın davamlı artması bir daha sübut edir ki, bilikli, təşəbbüskar və məsuliyyətli rəhbər kadrların yetişdirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir. “Yüksəliş” sadəcə bir müsabiqə deyil, bu, gələcəyə yatırılan sərmayədir. Hər bir ölkənin ən böyük sərvəti onun insan potensialıdır. İstedad, bilik və davamlı inkişaf istənilən uğurlu dövlətin əsas dayaqlarıdır. Güclü dövlət yalnız infrastruktur və resurslar üzərində deyil, hər şeydən əvvəl bilik üzərində qurulur. İnsan kapitalına qoyulan sərmayə hər zaman ən yüksək nəticə verən sərmayədir. Bu gün innovasiyanın, rəqəmsal texnologiyaların və süni intellektin sürətlə inkişaf etdiyi dünyada davamlı öyrənmək və dəyişikliklərə uyğunlaşmaq ən vacib bacarıqlardan birinə çevrilib”.
Ayhan
15:57 17.07.2026
Oxunuş sayı: 51