Məşhur avtomobil dizayneri Rusiya vətəndaşlığı aldı
Rusiya Prezidenti Vladimir Putin BMW M bölməsinin sabiq baş dizayneri Pyer Leklerkə Rusiya vətəndaşlığı verib.
Crossmedia.az xəbər verir ki, açıq mənbələrdə yer alan məlumata görə, Pyer Leklerk 2000–2013-cü illərdə, ümumilikdə 13 il BMW şirkətində çalışıb. O, BMW X5 və BMW X6 krossoverlərinin dizaynına rəhbərlik edib, eyni zamanda BMW M idman bölməsinin baş dizayneri vəzifəsini tutub.
BMW-dən ayrıldıqdan sonra Leklerk karyerasını Çinin Great Wall Motors avtomobil konsernində və Cənubi Koreyanın Kia şirkətində davam etdirib.
19:08 13.07.2026
Oxunuş sayı: 63