Putin BMW X6-nın dizaynerinə Rusiya vətəndaşlığı verib
Rusiya Prezidenti Vladimir Putin BMW X6 modelinin dizayn müəlliflərindən biri olan məşhur avtomobil dizayneri Pyer Leklerkə Rusiya vətəndaşlığı verib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS prezidentin müvafiq fərmanına istinadən məlumat yayıb.
Məlumata görə, Pyer Leklerk uzun illər dünyanın aparıcı avtomobil istehsalçıları ilə əməkdaşlıq edib. O, BMW, Kia və Citroen kimi iri avtomobil konsernlərində çalışıb.
Leklerk xüsusilə BMW X5 və BMW X6 modellərinin eksteryer dizaynının müəlliflərindən biri kimi tanınır.
Rusiya Prezidentinin imzaladığı fərmanla dizaynerə Rusiya Federasiyasının vətəndaşlığı təqdim edilib.
15:13 13.07.2026
Oxunuş sayı: 49