İlbiz və şlaklardan qorunmağın təbii yolu – bu bitkiləri əkin
Şlak və ilbizlərdən kimyəvi vasitələrsiz qorunmaq üçün bağ və bostanda müəyyən bitkilərin əkilməsi tövsiyə olunur.
Crossmedia.az xəbər verir ki, "The Spruce" bu barədə məlumat yayıb.
Mütəxəssislərin fikrincə, bəzi bitkilərin qoxusu şlak və ilbizləri uzaqlaşdırır. Onları tərəvəz və meyvə sahələrinin ətrafında "yaşıl sədd" kimi əkmək zərərvericilərin qiymətli əkinlərə yaxınlaşmasının qarşısını ala bilər.
Şlakların sevmədiyi bitkilər arasında aşağıdakılar göstərilir:
nanə;
kəklikotu;
rozmarin;
tərxun;
sarımsaq.
Bu ətirli bitkilərin tərkibindəki efir yağlarının zərərvericilərə mənfi təsir göstərdiyi bildirilir.
Mütəxəssislər həmçinin məxməriçiçəyin (barxat) şlaklara, ilbizlərə, eləcə də mənənə və Kolorado kartof böcəyinə qarşı təbii vasitələrdən biri olduğunu qeyd edirlər.
Kalendula da fitonsidlər ifraz etdiyi üçün şlakları uzaqlaşdıran bitkilər sırasındadır. Onun uzun müddət çiçəkləməsi mövsüm boyu qoruyucu təsir göstərir.
Bundan başqa, nasturium (nasturtiya) kəskin bibər və sitrus qoxusuna görə zərərvericiləri uzaqlaşdırır. Eyni zamanda torpağın keyfiyyətini yaxşılaşdıran yaşıl gübrə (siderat) kimi də faydalıdır.
Çoxillik bitkilər arasında isə qərənfil şlaklara qarşı effektiv hesab olunur. Bu bitki həm dekorativ görünüşü, həm də arıları və digər faydalı tozlandırıcıları cəlb etməsi ilə seçilir.
Mütəxəssislər əlavə olaraq, bitkilər böyüyənə qədər yataqların ətrafına üyüdülmüş qəhvə səpməyi məsləhət görürlər. Bildirilir ki, kofein şlak və ilbizlər üçün zəhərli hesab olunur, qəhvə tozu isə onların yumşaq bədəninə zərər verir.
06:39 13.07.2026
Oxunuş sayı: 87