Ermənistan Bakıdakı dünya çempionatında iştirakdan imtina etdi
Ermənistan iyulun 27-dən avqustun 2-dək Bakıda keçirilməsi planlaşdırılan 17 yaşadək idmançılar arasında güləş üzrə dünya çempionatında iştirak etməyəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Ermənistan nümayəndə heyəti yarışda iştirakla bağlı qərarından geri çəkilib. Ermənistanın imtina səbəbi barədə əlavə məlumat verilməyib.
19:36 11.07.2026
Oxunuş sayı: 66