Argentina Misir üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib
Argentina millisi 2026-cı il Dünya çempionatının 1/8 final mərhələsində Misirə qarşı keçirilən oyunda 0:2 hesabından geri dönərək qələbə qazanıb.
Crossmedia.az bu b arədə xarici mediaya istinadən xəbər verir.
Misir yığması Yasser İbrahimin və Mustafa Zikonun qolları ilə hesabda önə keçsə də, argentinalılar oyunun gedişatını dəyişməyi bacarıblar.
Əvvəlcə Kristian Romero fərqi azaldıb, daha sonra Lionel Messi hesabı bərabərləşdirib. Matçın 90+2-ci dəqiqəsində Enzo Fernandes Argentina yığmasına qələbə qolunu vurub – 3:2.
Bu nəticə ilə Argentina millisi Dünya çempionatının 1/4 finalına yüksəlib. Komandanın növbəti rəqibi İsveçrə – Kolumbiya cütünün qalibi olacaq.
22:18 07.07.2026
Oxunuş sayı: 150