Dünyada 1 milyarddan çox insan piylənmədən əziyyət çəkir - KİV
Dünyada 1 milyarddan çox insan piylənmədən əziyyət çəkir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Lancet" jurnalında dərc olunan qlobal araşdırmada bildirilib.
Araşdırmaya əsasən, hazırda dünyada təxminən 880 milyon böyüklər və 159 milyon uşaq olmaqla, ümumilikdə 1 milyarddan çox insan piylənmə ilə yaşayır.
Hesabatda qeyd olunur ki, həm kişilər, həm də qadınlar arasında piylənmənin ən yüksək göstəriciləri Tonqa və Amerika Samoasında qeydə alınıb. Böyük Britaniya isə 200 ölkə arasında kişilər üzrə 55-ci, qadınlar üzrə isə 87-ci yerdə qərarlaşıb.
Mütəxəssislər piylənmənin qarşısının alınması üçün təxirəsalınmaz və sistemli tədbirlərin görülməsinin vacibliyini vurğulayırlar. Ümumdünya Səhiyyə Təşkilatı hökumətləri və qida sənayesini, xüsusilə uşaqlar və gənclər arasında piylənmə ilə mübarizədə daha fəal rol oynamağa çağırıb.
Tədqiqatda bildirilir ki, Böyük Britaniyada son 30 ildə piylənmə göstəricisi iki dəfə artıb ki, bu da alimlərdə ciddi narahatlıq doğurur.
Araşdırma müəllifləri vurğulayırlar ki, 1990-cı ildən bəri dünyada piylənmə səviyyəsi sürətlə yüksəlir. Onların fikrincə, ürək-damar xəstəlikləri, şəkərli diabet və xərçəng kimi ciddi xəstəliklərlə əlaqəli olan piylənmə hökumətlərin səhiyyə siyasətində prioritet istiqamətlərdən biri olmalıdır.
01:32 08.07.2026
Oxunuş sayı: 42