Gürcüstan-Türkiyə arasında aktual siyasi məsələlər müzakirə olunacaq
Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili iyulun 7–8-də Türkiyəyə səfər edəcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, səfər çərçivəsində iki ölkə arasında ikitərəfli münasibətlər, regional əməkdaşlıq və aktual siyasi məsələlərin müzakirə olunacağı gözlənilir.
22:48 06.07.2026
Oxunuş sayı: 99