Tramp ailəsi və yəhudilər - ARAŞDIRMA
Donald Con Tramp 14 iyun 1946-cı ildə Nyu-York şəhərində anadan olub. Onun doğulduğu illər, İkinci dünya muharibəsindən sonra Amerikada "körpələr bumu" dövrü kimi adlandırılır. Donaldın doğulduğu zaman valideynləri Fred və Meri, böyük uşaqları - doqquz yaşlı Meriann, yeddi yaşlı Fred (II) və dörd yaşlı Elizabet ilə birlikdə “Yamayka” məhəlləsindəki Wareham küçəsində yaşayırdılar.
Donaldın atası Fred (I) Tramp (1905–1999) mənzil və digər infrastruktur tikintisində iştirak edən investor idi. Donaldın anası Meri (1912–2000) evdar qadın idi və Yamayka Xəstəxanasına könüllü-xeyriyyəçi olaraq kömək edirdi.
Donald Trampın ata tərəfdən nənə və babası Almaniyadan gəlmiş mühacirlər idi. Frederik Tramp (doğum zamanı soyadı Fridrix Tramp, 1869–1918) 1885-ci ildə ABŞ-a mühacirət etmiş və 1892-ci ildə Amerika vətəndaşlığı almışdır. Onun həyat yoldaşı Elizabet Kris (1880–1966) idi. Onlar 1902-ci ildə Reynland-Pfaltsın Kallştadt şəhərində evləniblər. Amerikaya gəldikdən sonra da öz alman kimliklərini qoruyub saxlamış və uşaqlarına da almanlı adları qoymuşdular. İkinci dünya muharibəsindən sonra Amerikada almanlı olaraq özünü təqdim etmək və almaniyalılı kimi ugurlu iş adamı olmaq çətin idi. Hər bir alman muhacir Hitler almaniyasının cinayətlərində bir qədər özlərini də günahkar hesab edirdi.
Donald Trampın atası Fred Tramp uzun müddət öz alman mənşəyini gizlətməyə çalışır və özünü isveç olaraq təqdim edirdi. Yahudilərlə yaxın münasibət qurmuş Fred Bruklində böyük bir məhəllə tikmiş və oraya köç etmiş yəhudilərin məskunlaşmasına şərait yaradırdı. Tikdiyi böyük binalardan birində, birinci mərtəbəni sinaqoq yaratmaq üçün ayırır. Bu sinaqoq ziyarətçilərə azlıq edəndə Freyd Tramp yeni bir torpaq ərazisi alır və orada yəhudilər üçün böyük sinaqoq tikməyə başlayır. Freyd Trampın yaxın dostu hesab edilən yerli ravin İsrail Vaqnerə xeyirxahlıq etmək üçün tez-tez ianələr edir.

Bruklinin yəhudi icması 50-ci illərdə sürətlə artmağa başlayır. 1955-ci ildə İsrail Vaqner Fred Trampla ilk dəfə görüşür. Ravin İsrail Vaqner Şərqi Polşa yəhudilərindən idi və Trampla ilk görüşdə onunla yaxın münasibətlər qurur. Sinanqoqun tikiləcəyi torpaq ərazisini simvolik olaraq yəhudi icmasına 10 dollara satması o dövrdə vergidən yayınmağın bir forması idi. Fred ilk dəfə görüşdüyü bir adama böyük bir kapitalı hədiyyə edəcək adam deyildi. Böyük oğlu, istefada olan təyyarıçi Fred Tramp (II) satılan binalarda qoyulmuş pəncərələrin pulunu müştəridən almadığı üçün şirkətin idarə olunmasından uzaqlaşdırılmışdı.
Fred Tramp sinaqoqun tikilməsi sifarişini də üzərinə götürür və bir il müddətinə obyekti tikib yəhudilərə təhvil verir. Sonralara Tramp və Vaqner arasında yaranan yaxın münasibətlər 48 il davam edir. Bir ara Fred Tramp və onun arvadı Meri Lonq Alenddə tikilən yəhudi xəstəxanasının tikintisini maliyələşdirməyə kömək edirlər.
Hesab edilir ki, Fred Trampın (I) böyük oglu Fredi Tramp (II) bir zamanlar “Siqma-alfa mu” adlı yəhudi qardaşlığı cəmiyyətinin üzvü olmuşdu.

Sigma Alpha Mu cəmiyyəti 26 noyabr 1909-cu ildə Nyu-York Şəhər Kollecində təsis edilmiş böyük bir Şimali Amerika kollec qardaşlığı, sosal klub idi. Cəmiyyət əvvəlcə yəhudi tələbələr tərəfindən yaradılmış, lakin 1953-cü ildən sonra bütün din və inanclardan olan şəxslər üçün açıq elan edilmişdi. Baş ofis İndianapolisdə, İndiana ştatında yerləşən bu cəmiyyətin əsas fəaliyyət istiqaməti qardaşlıq, liderlik, akademik mükəmməllik, xeyriyyəçilik və ictimai xidmətə yönəlmişdir.
Donald Tramp sonralar öz çıxışlarında tez-tez qeyd edir ki, "mənim atam məndən çox-çox əvvəl İsrail ideyalarına sədaqətli idi. Mənim də seçimim yox idi və mən onun yolunu davam etdirirdim. Mənim bir neçə yəhudi nəvələrim var, kürəkənim da yəhudidir, qızım da yəhudidir və bu mənə qürur verir".

Donald Trampın prezidentliyi dövründə Netanyahu (İsrailin indiki baş naziri) fenomeni ilə qarşılaşması onu həqiqi mənada seçim qarşısında qoydu. Trampın Netanyahunun Qəzzada törətdiyi kütləvi terror hadisələrinə şərik olmaq planları yox idi. Prosesi necə idarə etsin sualı onu bu problemin xeyli içərisinə daxil etdi. Lakin D.Tramp yəhudi ekstrimizmi ilə ilk dəfə rastlaşır və böyük İsrail ideyasının real nəticələrini gördükcə özünü sığortalamağa çalışırdı. Ömrü boyu Amerika yəhudiləri ilə, bank oliqarxları ilə ünsiyyətdə olmuş D.Tramp ilk dəfə sionizmin açıq üzünü görməyə başladı və bu da onun Netanyahu ilə münasibətlərini pozdu.
20:00 06.07.2026
Oxunuş sayı: 51