FHN küləkli hava şəraiti ilə əlaqədar çimərliklərlə bağlı xəbərdarlıq edib
Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.
Crossmedia.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.
Nazirlik iyulun 7-də və 8-də Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin olacağını nəzərə alaraq, əhaliyə müraciət edərək küləkli havada dənizə girməyin təhlükəli olduğunu bir daha xatırladıb və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.
FHN təhlükə zamanı 112-yə zəng etməyi tövsiyə edib.
18:31 06.07.2026
Oxunuş sayı: 93