Rusiya baş naziri Ermənistanla iqtisadi əlaqələrin gələcəyindən danışdı
Rusiya baş naziri Mixail Mişustin bildirib ki, Ermənistan rusiyalı investorlar üçün rahat və əlverişli şərait yaratmağa davam etməlidir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün investisiya mühitinin sabit və cəlbedici olması vacibdir.
Eyni zamanda bəzi analitik şərhlərdə bu bəyanat müxtəlif formada qiymətləndirilir. Yazılarda iddia olunur ki, Rusiya-Ermənistan münasibətləri uzun illər ərzində daha çox geosiyasi maraqlar kontekstində formalaşıb və iqtisadi əməkdaşlıq da bu çərçivədə dəyərləndirilir.
Şərhlərdə həmçinin qeyd olunur ki, regionda baş verən son siyasi dəyişikliklər fonunda Moskvanın Cənubi Qafqaz siyasətində müəyyən gərginliklərin yarandığı iddia edilir.
22:08 06.07.2026
Oxunuş sayı: 84