Çində 70 milyon illik dinozavr yumurtaları aşkarlanıb
Çinin Quançjou şəhərinin Hayçju rayonunda dinozavrlara aid olduğu ehtimal edilən yumurta yuvası aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Jam Press məlumat yayıb.
Məlumata görə, qeyri-adi tapıntını şəhər sakinlərindən biri ağaclar arasında gəzərkən aşkar edib. O, yaxşı qorunmuş yuvanı gördükdən sonra bu barədə mütəxəssislərə məlumat verib.
Ekspertlərin ilkin qiymətləndirməsinə əsasən, yumurtalar təxminən 66-70 milyon il əvvəl torpaqda qalıb.
Bildirilir ki, gec Təbaşir dövründə indiki Quançjou ərazisi çaylar, göllər və bataqlıqlarla örtülü olub. Mütəxəssislərin fikrincə, belə rütubətli düzənliklər dinozavrların yaşaması, sonradan isə onların qalıqlarının və yumurtalarının fosilləşməsi üçün əlverişli şərait yaradıb.
00:34 07.07.2026
Oxunuş sayı: 62