İsrail Livan sərhədinə süni intellektlə işləyən radarlar yerləşdirir
İsrail Livan sərhədində pilotsuz uçuş aparatlarına qarşı mübarizəni gücləndirmək məqsədilə süni intellektlə işləyən radar sistemləri yerləşdirəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, İsrailin Müdafiə Nazirliyi Magos Systems şirkəti ilə 7 milyon dollarlıq müqavilə imzalayıb.
Müqaviləyə əsasən, Livan sərhədində yüzlərlə radar sistemi quraşdırılacaq. Avadanlıqların əsas məqsədi Hizbullahın optik lif vasitəsilə idarə olunan pilotsuz uçuş aparatlarını vaxtında aşkar etmək və identifikasiya etməkdir.
Son iki ildə hazırlanmış texnologiya hava və quru təhdidlərinin erkən müəyyən edilməsini təmin edir. MIMO Beamforming texnologiyası və MASS AI süni intellekt platformasının birgə tətbiqi sayəsində sistemlər kompakt, daşına bilən və yüksək dəqiqliklə işləyir.
Bildirilir ki, süni intellekt hədəfləri effektiv şəkildə tanıyaraq yanlış siqnalların sayını demək olar ki, sıfıra endirir. Sistem istənilən hava şəraitində işləmək və mövcud videomüşahidə avadanlıqları ilə inteqrasiya olunmaq üçün uyğunlaşdırılıb.
15:52 04.07.2026
Oxunuş sayı: 60