Fransada 113 deputatın əleyhinə çıxdığı qanun təsdiqləndi
Fransa parlamenti 2024–2030-cu illəri əhatə edən hərbi planlaşdırma haqqında qanunu yekun olaraq təsdiqləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sənədə əsasən, ölkənin müdafiə xərcləri 2030-cu ilədək ümumilikdə 436 milyard avroya çatdırılacaq.
Qanun layihəsinin lehinə Milli Assambleyanın 375 deputatı səs verib, 113 deputat isə əleyhinə çıxıb.
Sənədə əsasən, 2026–2030-cu illər üçün əlavə 36 milyard avro ayrılacaq. Bu vəsait beynəlxalq təhlükəsizlik mühitinin pisləşməsi fonunda Fransanın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək.
Prioritet istiqamətlər arasında artilleriya sursatları, raketlər və pilotsuz uçuş aparatlarının alınması, həmçinin kibermüdafiə və kosmik kəşfiyyat imkanlarının inkişafı yer alır.
Qərarın icrası nəticəsində Fransanın hərbi xərclərinin ÜDM-in 2,5 faizinə çatdırılması nəzərdə tutulur.
Fransanın Silahlı Qüvvələr naziri Ketrin Votren bildirib ki, proqram hazırlanarkən müasir silahlı münaqişələrdən, xüsusilə Ukrayna və Yaxın Şərqdəki döyüş əməliyyatlarından əldə olunan təcrübə nəzərə alınıb.
23:45 02.07.2026
Oxunuş sayı: 62