CROSSMEDIA - Gürcüstan parlamentariləri gələn həftə Azərbaycana gələcək
Gündəm

Gürcüstan parlamentariləri gələn həftə Azərbaycana gələcək

Gələn həftə Gürcüstan parlamentinin üzvləri Azərbaycana səfər edəcək. Bu barədə parlamentin Özünüidarəetmə Komitəsinin sədri İrakli Kadagişvili məlumat verib.

O qeyd edib ki, iki ölkə arasındakı münasibətlər son illərdə strateji əməkdaşlıq səviyyəsinə çatıb və davamlı olaraq möhkəmlənir:

"Hər iki ölkə beynəlxalq səviyyədə qarşılıqlı olaraq bir-birini müdafiə edir. Ölkələr arasındakı dostluq və əməkdaşlıq münasibətləri həm regional, həm də beynəlxalq səviyyədə güclənir".

Komitə sədri bildirib ki, Gürcüstan və Azərbaycan arasında münasibətlər yüksək səviyyədə olduğundan müxtəlif istiqamətlərdə əməkdaşlıqlar həssaslıqla qorunur.

"Mən və həmkarlarım Azərbaycana səfərə hazırlaşırıq. Səfər çərçivəsində Azərbaycan Milli Məclisinin spikeri Sahibə Qafarova və digər rəsmi şəxslərlə görüşlər keçirəcəyik. Məqsəd iki ölkə arasındakı münasibətləri dostluq, qonşuluq və strateji tərəfdaşlıq prinsipləri əsasında hərtərəfli şəkildə daha da inkişaf etdirməkdir”, - İ.Kadagishvili əlavə edib. (report)

18:29 20.12.2024

Oxunuş sayı: 3736

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR