Rusiya Bakıya gözlənilməz təklif göndərdi
Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin Bakıda Rus Evinin fəaliyyətinin yenidən bərpa olunmasını təklif edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Azərbaycanda Rus Evinin fəaliyyətinin bərpası hər iki tərəfin maraqlarına cavab verə bilər.
Diplomat qeyd edib ki, yaxın zamanda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya planlaşdırılan səfəri zamanı Rusiya tərəfi iki ölkə arasında siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələr də daxil olmaqla bütün istiqamətlər üzrə geniş məsələlərin müzakirəsini gözləyir.
21:03 29.06.2026
Oxunuş sayı: 44