Ankaranın hədəfindəki siyahı: FETÖ üzvlərinin yerləşdiyi ölkələr açıqlandı
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) FETÖ-nün əsas üzvlərindən 2 762 nəfərin 119 ölkədə yerini müəyyən edib. Məlumata görə, bundan sonra Türkiyənin Ədliyyə Nazirliyi həmin şəxslərin ekstradisiyası ilə bağlı işləri sürətləndirib.
Crossmedia.az Sabah qəzetinə istinadən xəbər verir ki, təşkilatın yüksək səviyyəli nümayəndələrinin ən çox olduğu ölkə ABŞ-dır. Bildirilir ki, ABŞ-da 42 yüksək vəzifəli FETÖ üzvü, Almaniyada 12, İngiltərədə 10, Belçikada isə 8 nəfər yerləşir.
Türkiyə hakimiyyəti FETÖ-nü 2016-cı il çevriliş cəhdi ilə əlaqələndirir və təşkilatın üzvlərinin ölkəyə qaytarılması üçün müxtəlif dövlətlərə ekstradisiya müraciətləri göndərir.
15:20 27.06.2026
Oxunuş sayı: 45