İsmayıllıda suvarma kanalında batan gəncin meyiti tapılıb - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Crossmedia.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb edilib.
2003-cü il təvəllüdlü Məhərrəmov Rəvan Vaqif oğlunun meyiti dalğıc-axtarış qrupu tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
18:03
İsmayıllı rayon sakini su kanalında boğulub.
Crossmedia.az xəbər verir ki, hadisə Qubaxəlilli kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, İsmayıllı rayon sakini 22 yaşlı Rəvan Məhərrəmov su kanalında batıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda axtarışlar davam etdirilir.
Faktla bağlı araşdırma aparılır. (AZƏRTAC)
18:32 26.06.2026
Oxunuş sayı: 67