Silahlı Qüvvələr Gününə həsr olunmuş konsertdə Türkiyə Silahlı Qüvvələrinin Armoni Orkestri çıxış edib
Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Armoni orkestri Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutda 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə keçirilən konsertdə çıxış edib.
Crossmedia.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə Ulu Öndərlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün, eləcə də hər iki qardaş ölkənin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal marşı səsləndirilib.
Konsert proqramında hərbi vətənpərvərlik mahnıları, müxtəlif marşlar, tanınmış Azərbaycan, türk və dünya bəstəkarlarının müasir və klassik əsərlərindən ibarət musiqi parçaları təqdim olunub.
16:35 26.06.2026
Oxunuş sayı: 50