Neftin qiyməti qalxıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Crossmedia.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,3% və ya 0.99 dollar bahalaşaraq 77.37 ABŞ dolları olub.
Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 76.38 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
11:05 26.06.2026
Oxunuş sayı: 58