Hikmət Hacıyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.
Crossmedia.az xəbər verir ki, H. Hacıyev bu barədə "X" sosial şəbəkə hesabında yazıb.
"Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır və biz əməkdaşlığın müxtəlif sahələrində əhəmiyyətli nəticələr əldə etmişik", - o bildirib və əlavə edib ki, görüşdə Azərbaycan və NATO arasında qarşılıqlı uyğunluğun artırılması istiqamətində əldə edilmiş irəliləyiş qeyd olunub:
"Biz həmçinin Azərbaycan–NATO tərəfdaşlığının müxtəlif aspektləri üzrə məzmunlu müzakirələr apardıq və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi etdik".
19:02 25.06.2026
Oxunuş sayı: 50