Hürmüz boğazı açıldı, lakin nəzarət sərtləşdirildi
İran Silahlı Qüvvələri Hörmüz boğazında gəmi hərəkətinə yenidən icazə verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.
Məlumata görə, boğaz fəaliyyətini bərpa etsə də, hər gün yalnız məhdud sayda gəmiyə keçid icazəsi verilir.
Bildirilir ki, bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və gəmi hərəkəti nəzarət altında həyata keçirilir.
Qeyd edək ki, Hörmüz boğazı dünya neft tədarükünün mühüm hissəsinin daşındığı strateji su yolu hesab olunur. Buna görə də boğazda hər hansı məhdudiyyət qlobal enerji bazarlarının diqqət mərkəzindədir.
00:19 24.06.2026
Oxunuş sayı: 53