Azərbaycanda elektron satınalmaların ümumi dəyəri 14 % artıb
2026-cı ilin yanvar-aprel ayları ərzində keçirilmiş elektron satınalmalar ötən ilin analoji dövrü ilə müqayisədə say üzrə 14,2%, məbləğ üzrə isə 13,9% artıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
Belə ki, bu ilin ilk dörd ayında elektron satınalmaların sayı 1797 vahid, məbləği isə 860,4 milyon manat təşkil edib. Ötən ilin eyni dövründə elektron satınalmaların sayı 1573, məbləği isə 755,1 milyon manata bərabər idi.
Bəhs edilən dövr ərzində açılışı baş tutmuş müsabiqələr üzrə orta iştirakçı sayı 3,6 olub.
"Rəqəmsallaşma satınalma proseslərini daha sürətli və nəzarət oluna bilən şəkildə həyata keçirməyə imkan verir, eyni zamanda xərclərin optimallaşdırılmasını təmin edərək resurslardan daha səmərəli istifadəni mümkün edir", - məlumatda qeyd edilib.
16:07 22.06.2026
Oxunuş sayı: 49