Kiyevdə terror aktının qarşısı alınıb: iki nəfər saxlanılıb
Ukrayna Təhlükəsizlik Xidməti Kiyevin mərkəzində planlaşdırılan terror aktının qarşısını alıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, şübhəlilər inzibati binalardan birinin yaxınlığında generator qurğusunu partlatmaq məqsədilə əl istehsalı olan yandırıcı qurğu yerləşdiriblər.
Məlumata görə, onlar mexanizmi məsafədən işə salmağı və daha sonra Belarus vasitəsilə Rusiyaya qaçmağı planlaşdırıblar.
İstintaqın məlumatına əsasən, saxlanılan şəxslər Kiyev sakinləridir. Onlardan biri səfərbərlik zamanı orduya cəlb olunmuş və hərbi hissəni özbaşına tərk etmiş şəxs, digəri isə marketinq sahəsində çalışan mütəxəssisdir.
13:10 22.06.2026
Oxunuş sayı: 57