Qətərdə qaz stansiyasında dəhşətli partlayış: onlarla yaralı, itkin düşənlər var
Qətərdə “Barzan” qaz paylayıcı stansiyasında aparılan istismara vermə işləri zamanı partlayış baş verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İlkin məlumatlara görə, hadisə nəticəsində azı 54 nəfər xəsarət alıb, daha 18 nəfərin isə itkin düşdüyü bildirilir.
Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
12:38 22.06.2026
Oxunuş sayı: 53