"Böyük Dəbilqə": Balabəy Ağayev finala vəsiqə qazanıb
Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən "Böyük Dəbilqə" turnirində finala vəsiqə qazanıb.
Crossmedia.az xəbər verir ki, idmançı yarımfinalda İsrail təmsilçisi Aşpiz İzhaka qalib gəlib.
O, qızıl medal uğrunda görüşdə yaponiyalı Ryuju Naqayama ilə qarşılaşacaq. Əhməd Yusifov (60 kq) üçüncü yer uğrunda məhz A.İzhakla üz-üzə gələcək.
Yarımfinalda uduzan Nizami İmranov (66 kq) bürünc medal uğrunda yerli cüdoçu Yolk Kazırbyeklə qarşılaşacaq.
Ruslan Paşayev (66 kq), Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazanmaq şanslarını itiriblər.
Xatırladaq ki, "Böyük Dəbilqə" iyunun 21-də başa çatacaq. Azərbaycan yarışda 17 idmançı ilə təmsil olunur.
10:58 19.06.2026
Oxunuş sayı: 45