Süni intellektin əmək bazarına təsiri
Yeni texnologiyaların inkişafı əmək bazarında böyük dəyişikliklərə səbəb olur. Süni intellekt, rəqəmsal transformasiya kimi amillər, bəzi ənənəvi iş növlərinin yox olmasına, digərlərinin isə tamamilə dəyişməsinə səbəb olacaq. Bəs yeni texnologiyaların inkişafı əmək bazarında hansı əsas dəyişikliklərə səbəb olur?
Mövzu ilə bağlı Milli Məclisin iqtisadçı deputatı Vüqar Bayramovun Crossmedia.az-a verdiyi açıqlamasında bildirib ki, əmək bazarında süni intellektdən və yeni texnologiyalardan istifadə olunur. Nəzərə alaq ki, inkişaf etmiş ölkələrdə bu artıq bir ənənəyə çevrilib, hətta bəzi inkişaf etmiş ölkələrdə ofis menecerləri belə süni intellektdir. Bu baxımdan, süni intellekt əmək bazarında bir tərəfdən yeni xidmətlər və məhsulların təklif edilməsinə səbəb olacaq, eyni zamanda bu əmək bazarında rəqabətidə gücləndirəcək.
Çünki texnologiyadan nə qədər çox istifadə olunursa, süni intellekt əmək bazarına nə qədər çox daxil olursa, bir o qədər intellekt tələb etməyən və ya az tələb edən işlərə olan tələbat azalır. Buna görə də əmək bazarının müasir çağırışlara uyğunlaşdırılması çox vacibdir. Xüsusilə, süni intellektin əmək bazarına daxil olması nəticəsində yaranan rəqabətə uyğunlaşmaq zəruridir.
Eyni zamanda, ali məktəblərdə təhsil proqramlarının da əmək bazarının yeni çağırışlarına uyğunlaşdırılması olduqca önəmli məqamlardan biridir.
Elnurə Kərimova
14:51 19.12.2024
Oxunuş sayı: 5441