Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının biletləri satışa çıxarılıb
Bakıda təşkil olunacaq cüdo üzrə böyüklər arasında dünya çempionatının biletləri satışa çıxarılıb.
Azərbaycan Cüdo Federasiyasından Crossmedia.az-a bildirilib ki, bununla yanaşı, yarışın rəsmi kommunikasiya kampaniyasına da start verilib və çempionatın əsas vizual konsepsiyası ictimaiyyətə təqdim olunub.
Dünya çempionatının biletlərini iTicket.az platforması vasitəsilə onlayn, eləcə də şəhərin müxtəlif satış məntəqələrindən əldə etmək mümkündür.
Turnirdə dünyanın müxtəlif ölkələrindən ən güclü cüdoçuların iştirakı gözlənilir. Qarşıdakı aylarda yarışın proqramı, iştirakçılar, azarkeş zonaları və digər yeniliklərlə bağlı məlumatlar mərhələli şəkildə açıqlanacaq.
Qeyd edək ki, mundial oktyabrın 4-11-də Milli Gimnastika Arenasında keçiriləcək.
15:41 02.07.2026
Oxunuş sayı: 40